Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb

17:24 05-11-2019 | icon 203 | Gündəm
Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb.

 

Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB