Bir zamanlar bir-birini asıb-kəsənlər bir arada

17:47 05-11-2019 | icon 216 | Gündəm
Bir zamanlar bir-birini asıb-kəsənlər bir arada

Siyasətin fitrətində var: kimin kimlə nə vaxt düşmən, nə vaxt rəqib, nə vaxt dost, nə vaxt müttəfiq olacağı bəlli olmaz. Gərək heç nəyi istisna etməyəsən.

 

Bu gün Müsavat Partiyasında hörmətlə qarşılanan, başdan yer göstərilən bu kişi - sabiq səhiyyə naziri Əli İnsanov 20 il öncə parlamentin plenar iclaslarında indi mehribanlıqla görüşdüyü adamlara edam cəzası, güllələnmə tələb edirdi.

 

Elə müsavatçı funksionerlər, yazarlar da onun haqqında sərt tənqidi fikirlər səsləndirirdilər, naziri korrupsiyada, yerlibazlıqda günahlandırıdılar. 

 

Əli İnsanov onları faşist adlandırırdı, onlar da əsil faşistin onun özü olduğunu bildirirdi. 

 

Ancaq gün gəldi, dövran döndü, Əli İnsanov da onların bir çoxunun, xüsusilə də liderlərin keçdiyi yoldan, həbsxanadan keçdi, dünyanın hər üzünü gördü. 

 

İndi onların bir yerdə olması ona görə qəribə deyil ki, hədəfləri, bəyəndikləri, bəyənmədikləri adamlar eynidir.

 

Artıq onlar təbii müttəfiqlərdir. Həyat vaxtilə ayrı-ayrı qütblərdə duran, fərqli ritorikalarda danışan adamları gətirib müttəfiq edib. İndi onlar eyni cür danışacaqlar. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır