“Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

01:10 06-11-2019 | icon 95 | Mədəniyyət
“Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi olan “Baku Fashion Expo”nun ikinci mövsümü baş tutacaq.

 

Versus.Az xəbər verir ki, layihə onunla fərqlənir ki, yaradıcılıq və dəb sahəsi üçün maksimim sərbəst platforma kimi xidmət edir və özünüifadənin bütün formaları - sərgilər, installyasiyalar, ustad dərsləri, dəb nümayişləri və dizaynerlərin şourumu – ilə zəngindir. Bütün ziyarətçilər bu mövsüm nəinki Azərbaycanın ən parlaq dizaynerlərinin dəbli eskponatlarını görə biləcəklər, həm də özləri üçün dəb dünyasının kulisarxasını kəşf edəcəklər.

 

“Baku Fashion Expo”nun keçirələcəyi “Baku Business” zalında istedadlı azərbaycanlı fotoqraf Pənah Mehdinin işlərindən ibarət müvəqqəti ekspozisiya yerləşdiriləcək. P.Mehdi öz işlərində dəb əşyalarının yaradılmasının yaradıcılıq prosesini əks etdirib. Eksperimentdə iştirak edən dizaynerlər arasında həm bazarda çoxdan möhkəmlənmiş tanınmış adlar, həm də özlərinin “Azərbaycanın dəb yaradıcıları” yaradıcılıq yoluna yenicə başlayan gənc dizaynerlər var. Layihədə “Fakhriya Khalafova”, “Sabina Zulalova”, “Gunel Behbudova”, “Zumrud Mirzaliyeva”, “Natavan Aliyeva”, “Gunay Bornak”, “Limpero”, MMMDN və “Sida” markalarını təmsil edən dizaynerlər iştirak ediblər. Fotosərgidən başqa, layihə çərçivəsində dizayner şourum da təqdim ediləcək. Hər bir ziyarətçi şourumda birbaşa podiumdan geyim əldə edə biləcək. Qonaqlar, həmçinin sahənin qabaqcıl peşəkarlarının pulsuz ustad dərslərində iştirak edə və hətta dəb haqqında tanınmış filmlərə baxa biləcəklər.

 

“Non Stop Creative Agency”, “Baku Business Center”, yeni “Yoga” modeli ilə “Lenovo”,YAR, “Dastan”, “Phobia VR” və “Class A fashion school”un dəstəyi ilə keçiriləcək tədbirin təşkilatçısı qismində Azərbaycan Dəb Dizaynerləri Assoasiyası çıxış edir. Xatıradaq ki, “Baku Fashion Expo” Azərbaycan Dəb Dizaynerləri Assoasiyasının illik layihəsidir və ildə iki dəfə keçirilir, bu da dizaynerlərə həm Azərbaycanda, həm də uzaq xaricdə özlərini maksimum şəkildə göstərməyə imkan verir.

 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İDDA Dilqəmlə Şahbazın işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

İran parlamentində yerdəyişmə nədən xəbər verir?

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib