ƏDSİY İB "Nəsiminin 650 illik yubileyi ilə əlaqədar yekun tədbir keçirib

21:58 06-11-2019 | icon 141 | Cəmiyyət
ƏDSİY İB "Nəsiminin 650 illik yubileyi ilə əlaqədar yekun tədbir keçirib

"Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım" ictimai birliyi Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə yekun tədbirini keçirib.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım ictimai birliyi "Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili" layihəsini icra edir.

 

Layihə əlilliyi olan gənclər arasında Azərbaycan ədəbiyyatının görkəmli şairi barədə məlumatın düzgün çatdırılması, onların informasiya balansını artıraraq maarifləndirilməsinə dəstək olmaq, Nəsimi ili - istedadlı əlillərin tamaşa və şeir müsabiqəsini təşkil etməyə həsr olunub.

 

"Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım ictimai birliyi Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə "Nəsiminin 650 illik yubileyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili" layihəsi çərçivəsində tamaşa və şeir müsabiqəsi keçirib.

 

Tədirdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, 311 nömrəli məktəbin şagirdləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri ictimai birliyinin sədri Mətanət Quliyeva açaraq layihə və tədbir barədə geniş məlumat verib.

 

Layihənin təlimçisi Səyarə Əliyeva keçirilən tədbirlərdə müsabiqənin şərtlərini açıqlayıb.

 

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin istedadlı aktyorları Nəsiminin yaradıcılığına həsr olunmuş tamaşalar nümayiş etdiriblər, qəzəllər söyləyiblər.

 

311 nömrəli məktəbin şagirdləri də şeir müsabiqəsində iştirak ediblər. Münsiflər heyəti qalibləri müəyyən etdikdən sonra mükafatlandırma mərasimi baş tutub. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 

Tədbir iştirakçıları maraqlı tədbiri çay süfrəsi arxasında davam etdiriblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

Cəbhədə gərginlik

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb