Kriştianu Ronaldo Paolo Maldiniyə çatıb

00:57 07-11-2019 | icon 119 | İdman
Kriştianu Ronaldo Paolo Maldiniyə çatıb

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasında daha bir rekorda şərik olub.

 

Versus.Az xəbər verir ki, portuqaliyalı hücumçu “Lokomotiv”lə Rusiya paytaxtı Moskvadakı matçda meydana çıxmaqla avrokuboklarda 174-cü oyununu keçirib.

 

Bununla da K.Ronaldo qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən sahə oyunçusu Paolo Maldiniyə çatıb. “Milan”ın sabiq müdafiəçisi də 174 avrokubok matçının iştirakçısı olub.

 

Matç sayında bu iki futbolçu yalnız qapıçı İker Kasilyasdan geri qalır. İspan qolkiperin hesabında 188 qarşılaşma var.

 

Qeyd edək ki, K.Ronaldo dörd klubun – “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un heyətində üç turnirdə oynayıb. O, Çempionlar Liqası, UEFA kuboku və UEFA Superkuboku həyəcanı yaşayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır