Şair dostları Baba Pünhanı yad etdilər

20:36 16-04-2018 | icon 241 | Cəmiyyət
Şair dostları Baba Pünhanı yad etdilər

 

Xoşqədəm Cəbrayılov: “Özünə də söz vermişdim ki, neçə ki, sağam, belə məclislər keçirib, dostlarla birlikdə onu yad edəcəm”

 

“Bu gün Baba Pünhanı sevənlər şairin ruhunun işiğında bir araya gəldilər. Şairi anan dostları Pünhan şeirləri ilə yanaşı, ona ithaf etdikləri şeirlərdən oxudular”.

 

Bunu Versus.Az-a Baba Pünhanın şair dostu Xoşqədəm Cəbrayılov bildirib.

 

X.Cəbrayılov bildirib ki, anım məclisinə 15-dən çox şair və Pünhansevərlər, o cümlədən Hacı Nadir Balaxanlı, Həsən Həsrət, Maqsud Qobustanlı, Bəxtiyar Məmmədov və digəriləri qatılıblar:

 

“Baba Pünhan 2006-cı il aprelin 17-də rəhmətə gedib. Sabah onun dünyasını dəyişdiyi gündür. Mən onu yaxından tanıyır və dostluq edirdim. İlk ədəbi məclisini də hələ onun sağlığında 2005-ci ildə keçirmişəm.

 

Özünə də söz vermişdim ki, neçə ki, sağam, məclislər keçirib, dostlarla birlikdə onu yad edəcəm. Bu günə qədər də şair dostlarımızla birlikdə yığışıb, Baba Pünhanın xatirəsini anırıq”.

 

X.Cəbrayılov bildirib ki, anım mərasimində Baba Pünhanın ruhuna dualar oxunub, şeirlər deyilib. Baba Pünhanı yaxından tanıyan dostları onun haqqında xatirələrini bölüşüblər.

 

Şeir dolu məclisdə dövrün neqativlərinə qarşı satirik çıxışlar da səsləndirilib.

 

Təbiət
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS