"Paşinyanın son təklifi də fitnəkarlıqdan başqa bir şey deyil"

10:42 07-11-2019 | icon 139 | Siyasət
"Paşinyanın son təklifi də fitnəkarlıqdan başqa bir şey deyil"

Kamilə Əliyeva: "Getsin yoxsulluq, səfalət həddində olan ölkəsini, xalqını düşdüyü bəlalardan xilas etməyin yolunu axtarsın"

 

Çevriliş yolu ilə hakimiyyətə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan ilk gündən Qarabağ məsələsində təxribatçılıq və fitnəkarlıq yolunu tutub. Ötən dövr ərzində fəaliyyəti ilə xələflərindən, qatı cinayətkarlar - əlləri Azərbaycan xalqının qanına batmış cani koçaryanlardan, sarkisyanlardan fərqlənmir, bir çox hallarda hətta, onları da ötüb keçir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Kamilə Əliyeva deyib.

 

K.Əliyeva bildirib ki, Paşinyan gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atır, buna nail ola bilməyəndə, yenidən danışıqlar masası arxasında əyləşməyə məcbur ediləndə də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər reallaşdırmaqla, “Yallı” getməklə, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, daha böyük fintəkarlığa imza atır, gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, “Qarabağ klanı” tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verir:

 

“Bunun da Azərbaycan dövləti və ordusu tərəfindən layiqli cavabını alanda növbəti təxribata əl uzadır, işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır, özünün və ölkəsinin işğalçı mahiyyətini bir daha ortaya qoyur. Nə Paşinyanın, nə də digərlərinin belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur. Bu, tam qanunsuzluq, Azərbaycan qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir.

Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovet dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət - Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarlarının birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma “DQR” də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir. Onu nə Azərbaycan, nə də dünya dövlətləri tanıyıb. Heç kim də, heç bir dövlət də tanıya bilməz və tanımağa da heç bir əsası yoxdur”.

 

Deputat vurğulayıb ki, bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik Azərbaycan əraziləri erməni işğalı altındadır:

“O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə və onu reallaşdıra bilər.

Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun.

Odur ki, Paşinyan yaxşı olardı gedib aclıq, yoxsulluq, səfalət həddində olan ölkəsini, xalqını düşdüyü bəlalardan xilas etməyin yolunu axtarsın, Azərbaycanın işlərinə qarışmasın, təxribatçılıq və fitnəkarlıq əməllərinə son qoysun, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməyə çalışsın. Bunları etməsə, etməyəcəksə, özünü də, dövlətini də, xalqını da daha böyük fəlakətlərə, uçuruma sürükləyəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...