Hemofiliyalı xəstələr üçün

17:11 17-04-2018 | icon 196 | Sağlamlıq
Hemofiliyalı xəstələr üçün

Azərbaycanda bu il ərzində hemofiliyalı xəstələr üçün “Smart İnformasiya Kompüter Texnologiyaları" Hemofiliya Mərkəzi yaradılacaq.

 

Versus.az-ın məlumatına görə, bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib. Onun sözlərinə görə, hemofiliyalı xəstələr üçün il ərzində 30-dan çox seminar, treninq, konfrans, həkimlərlə tibbi konsultasiyalar və sair keçirilsə də, sadalanan tədbirlər çərçivəsində bütün pasientləri məlumatlandırmaq mümkün olmur. Ölkədə 1000 nəfərdən çox xəstə və onların ailə üzvlərinin maariflənməsinə və mütəxəssislərin məsləhətlərinə ehtiyac var.

 

G.Hüseynova qeyd edib ki, təşkilatın məlumat bazasında ağır formalı 517 hemofiliyalı və digər qan xəstəliyindən əziyyət çəkən xəstənin adı qeyd edilib:

 

"Onlar informasiya kompüter texnologiyaları vasitəsi ilə mütəmadi olaraq yeni xəbərlər haqqında məlumat almalıdırlar. Azərbaycanda yaşayan hemofiliyalı xəstələr üçün birbaşa yayım vasitəsi ilə telekonfranslar təşkil edilməli və onlar bu yolla həkimlərdən məsləhətlər almalıdırlar. Buna görə də Assosiasiyanın ofisində “Smart İnformasiya Kompüter Texnologiyaları" Hemofiliya Mərkəzinin yaradılması zəruridir".

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”