Müntəzəm cinsi əlaqə xərçəng riskini azaldır

11:23 21-11-2019 | icon 140 | Sağlamlıq
Müntəzəm cinsi əlaqə xərçəng riskini azaldır

Müntəzəm sağlam, təhlükəsiz cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar, dəyişimlər və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.

 
 
Versus.Az Medicina.az-a istinadən seksin hansı xəstəliklərdə yardımçıola biləcəyi barədə araşdırmanı təqdim edir:
 
 
1.Baş ağrıları
 
Alimlər baş ağrıyanda intim əlaqədən imtina edənlərlə mübahisə etməyə belə hazırdılar. Çünki məhz baş ağrıdıqda, xüsusən miqren və klaster formalı ağrılarda əksinə aktiv əlaqə faydalıdır. Seksual aktivlik o ağrıları azaldır.
 
 
Elmi araşdırmada 300 nəfər daimi miqren və 100 nəfər klaster baş ağrıları olan insanların sorğusunu keçirib. Onlar həmin şəxsrlərdən ağrılar zamanı intim əlaqədə olub-olmamalarını araşdırıb. 
 
 
Onların əksəriyyəti etiraf edib ki, ağrı tutmaları zamanı o qədər pis olurlar ki, seks hayında deyillər və hətta qəzəblə imtina edirlər.
 
Lakin 30% xəstələr məhz güclü tutmalar zamanı əlaqə olduqlarını və təsirini sınadıqlarını bildirib.
 
 
Məlum olub ki, intim əlaqə miqren ağrıları 60% insanda  azalıb, klaster ağrıları isə 40% xəstədə effekt verib. 
Amma bir qrup insanda  isə seksdən sonra vəziyyətlərinin daha da pis olması qeydə alınıb. 
 
 
Nəticələr göstərib ki, seks daha çox miqren ağrılarında yaxşı təsir edir, klaster ağrılarını isə əksinə pisləşdirir. 
Həm də bu effekt hər insanda ağrı dərəcəsinə və orqanizminə görə fərqlidir.
 
 
 
2.Ürəyi qüvvətləndirir
 
Ürək ritminin dəyişməsi çox gənclərdə baş verir. Ürəyin yığılıb-açılması, qanı vurması nə qədər stabil olsa, bir o qədər ürək-damar sistemi sağlam olur. 
 
Alman alimləri 50 kişi və qadını təhlil edib. Onlardan bir qismi mütəmadi sekslə məşğul olub, bir qismi evli idi, digər  qismi isə yalnız masturbasiya məşğul olub. 
 
 
İştirakçıların ürək ritminin dəyişikliklərini və təzyiqini ölçüblər. 
 
 
Məlum olub ki, daimi partnyoru və evli olanlarda ürək ritmi variativliyi yüksəkdir və onlarda ürək qan damar sisteminin vəziyyəti yaxşıdır. 
 
 
Evli olmayan, daimi intim əlaqəsi olmayan və ya masturbasiya edənlərdə isə əksinə ürək-damar sistemi zəif idi.
 
 
 
3.Depressiya və psixi pozulmalara qarşı
 

"Qanın niyə qaradır, bəlkə neçə vaxtdır əlaqədən uzaqsan?” – bu məşhur cümlə çoxlarına tanışdır. Əslində tibbi baxımdan həqiqət payı var.

 
 
Müntəzəm seks depressiyanın profilaktikası və psixi sağlamlığı qorumaq üçün əvəzsizdir. İnsanın həyatdan razılıq hissini artırır. 
 
 
Britaniyada 2,5 min qadın üzərində aparılan araşdırma da göstərib ki, seksual aktiv, vaginal və oral sekslə məşğul olan qadınlar daha sakit, daha psixi sağlam idilər. 
 
 
Alimlər qeyd edir ki, partnyorsuz, sadəcə masturbasiya ilə bu effekti almaq olmaz.
 
 
4.Xərçəng əleyhinə
 
Bu qədəri də olmaz deyirsiz, amma elm ayrı fikirdədir. 
 
 
Kişilərdə müntəzəm sağlam seks geniş yayılmış prostat vəzi xərçəngi riskini azaldır. 
 
 
30 min kişini əhatə edən tədqiqatda eakulyasiyanın tezliyi ilə prostat xərçəngi arasında əlaqə öyrənilib.
 
 
Ayda 20 dəfə eakulyasiya, yəni boşalması olan kişilərdə demək olar ki, prostat xərçəngi nadir hallarda rast gəlinib. Ay ərzində 5-7 dəfə eakulyasiya olanlarda isə 35% prostat xərçəngi riski artır.
 
 
Qadınlarda isə müntəzəm seks süd vəzi və yumurtalıq xərçəngi riskini dəfərlərlə azaldır. 
 
Heç intim partnyoru olmayan və ayda cəmi 1-2 dəfə əlaqəsi olan qadınlarda döş xərçəngi riski yüksəkdir.
 
 
Bəs seks yoxdursa, masturbasiya kömək edərmi?
 
 
Xeyr, masturbasiya bu deyilən effektləri vermir və keyfiyyətli seks demək deyil.
 
 
Alimlər qeyd edir ki, qadınlar prezervativsiz seksə üstünlük versinlər. Qorunma üçün dərmanlardan istifadə etsələr, intim əlaqədən daha çox faydalana bilərlər. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı