"Tələbələri dəstəkləyək"

11:52 21-11-2019 | icon 169 | Təhsil
"Tələbələri dəstəkləyək"

Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir.

 

Bu dəfə 19 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin maarifləndirilməsi və motivasiyası üçün növbəti görüş keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin fəallığını inkişaf edən kitabların müəllifi Nadir Adilman ilə Azərbaycan Dövlət İqtisad universiteti tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı.

 

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi. Həmçinin, tədbirdə Bankın Təlim və Tədris şöbəsinin koordinatoru Orxan Məmmədli gənclərin inkişafı və gələcək iş fəaliyyətlərində uğur qazanmağın yolları mövzusunda hazırladığı təqdimatla çıxış edibdir.

Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz:

 

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu