"Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda konfrans keçirilib

11:59 21-11-2019 | icon 237 | Cəmiyyət
"Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda konfrans keçirilib

Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının əsas səbəblərindən biri çoxsaylı boşanmalardır.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının olduğunu qeyd edən ombudsman bunun səbəblərini də açıqlayıb.

 

E.Süleymanova əlavə edib ki, bu səbəblər qaçqın ailələrində valideyn himayəsinin daha zəif olması, erkən nikahlar, məişət zorakılığıdır:

"Məişət zorakılığı bütün dünyada olduğu kimi Azərbaycanda da müşahidə olunur. İnternetdə verilən faktlar, uşaqlara qarşı zorakılığın jurnalistlər tərəfindən ifrat dərəcədə çox təqdim edilməsi şübhəsiz ki, bu halların artmasına təsir göstərir".

 

Ombudsman uşaqların zorakılığa məruz qalmasını psixoloji travma hesab edib.

Onun sözlərinə görə, belə hallar uşaqların fiziki, əqli inkişafına mənfi təsir göstərir. Onlarda güclü psixoloji streslər yaradır:

"Eyni zamanda bəzən qadınlar erkən yaşlarda uşaq dünyaya gətirirlər. Çox az sayda olsa da, belə hallar Azərbaycanda da müşahidə olunur. Belə uşaqlar fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı