Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid

16:48 21-11-2019 | icon 295 | Şəhidlər və şahidlər
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid

19 yaşında şəhidlik zirvəsinə yüksələn Mehman Sayadovun doğum günüdür.

 

Sayadov Mehman Qəzənfər oğlu 21 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunda Günəşli kəndində anadan olub. Burada 7-ci sinifə kimi oxuya bilib. Sonra qismətinə qaçqınlıq həyatı yaşamaq düşüb. Sayadovlar 1988-ci ildə ailəliklə Samux rayonunun Sərkar kəndinə pənah gətirib. 8-ci sinfi bu kənddə bitirir. Qaçqınlıq həyatı ona təhsilini davam etdirməyə imkan verməyib.



Mehman bir müddət təsərrüfat işlərində çalışır. Ölkədə xalq hərəkatı başlayanda onun öncüllərindən biri olur. 18 yaşının tamamında Sovet Ordusu sıralarına çağırılır. Sverdlovsk vilayətində 6 ay xidmət etdikdən sonra, Vətənin çağrışına səs verərək Azərbaycana dönür. O, 5 noyabr 1991-ci ildə “Azərbaycan Qarabağı” könüllü müdafıə batalyonunun tərkibinə üzv yazılır və cəbhəyə yola düşür. Mehman Sayadov Şuşa rayonunun bir sıra kəndlərinin müdfiəsində əsl qəhrəmanlıq nümunəsi göstərir. Kosalarda, sonra isə Nəbilər kəndində döyüşən Mehman yoldaşlarının köməyi ilə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edir.



Bundan hiddətlənən erməni yaraqlıları xeyli canlı qüvvə toplayaraq yenidən Nəbilər kəndinə hücuma keçirlər. Batalyon böyük bir qüvvə ilə döyüşə girməli olur. Bir neçə istiqamətdən hücum dairəsini genişləndirən erməni faşistləri bizimkiləri mühasirəyə salırlar. Cəsur döyüşçülər özlərini itirmir, mühasirə halqasını bircə anda itki vermədən yarmağa müvəffəq olurlar.



M.Sayadov 9 may 1992-ci ildə Şuşa rayonu Nəbilər kəndinin müdafiəsi zamanı öz ölümü ilə ölməzliyə qovuşur. Mehmanın cəsədi ətrafında onlarla düşmən meyiti səpələnmişdi. Bu, onun əsl qəhrəmanlığından xəbər verirdi.



Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Cəsədi döyüş meydanında qalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu