Tələbə qızların zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

18:06 21-11-2019 | icon 227 | Hadisə
Tələbə qızların zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 1 nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Bakı şəhər Prokurorluğundan Versus.Az-a verilən məlumata görə, noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

 

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

 

Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, stasionar şəraitdə müalicələri davam etdirilir.

 

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu