Dünya Azərbaycanlıları Konqresinin bəyanatı

21:57 21-11-2019 | icon 161 | Siyasət
Dünya Azərbaycanlıları Konqresinin bəyanatı

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nia İranda baş verən olaylarla bağlı bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"İranda iqtisadi vəziyyətin getdikcə ağırlaşması, siyasi təzyiqlər, işsizlik və üstəlik son vaxtlarda yanacağın qiymətinin artırılması səbri tükənməkdə olan xalqı yenidən ayağa qaldırmışdır. Mövcud şiə-molla rejimi gündən-günə yüksələn gərginliyi gizli saxlamağa çalışsa da, beynəlxalq müşahidəçilərin fikrincə, qonşu ölkəni son 40 ilin ən güclü etiraz hərəkatı bürümüşdür. Hökumət güclərinin insanlara qəddarcasına divan tutması nəticəsində onlara insan ölmüş, yüzlərlə fəal həbsə atılmışdır. Rejimin ən çox ehtiyyat etdiyi və nəzarətdə saxladığı inqilab beşiyi Təbriz mühasirə şəraitindədir. Bu durum və qanlı qətllər, xalqın haqlı tələblərinin zorakılıqla susdurulması dünyada yaşayan bütün azərbaycanlıların qəzəbinə səbəb olmuşdur. Biz, DAK olaraq, İranın dinc əhalisinin mübarizəsini və tələblərini dəstəkləyir, İran rejimindən xalqa qəddar münasibətindən əl çəkməyi tələb edirik!


İranın türk əhalisi bu proseslərdə nə qədər səbrli davransa da, nəticə etibarı ilə, ölkənin taleyini onlar həll edəcəklər. Biz, İranın Azərbaycan-türk əhalisini öz hüquqlarını qorumaq və rejimin onları aşağılayan bütün əməllərinə qarşı dirənərək, irticaya “dur!” deməyə səsləyirik! İnanırıq ki, Güney Azərbaycan bu regionun tarixindəki həlledici və şərəfli mövqeyini, demokratiya və mübarizə ideallarına daim sadiq olduğunu bir daha nümayiş etdirəcəkdir!


Tarixən böyük mədəniyyət beşiyi olmuş İran cəhalət ocağına çevrilə bilməz! İran Farsistan deyil! İran türkün əbədi vətənidir və türkün haqqı verilmədən İranın gələcəyi yoxdur!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

Azərbaycan mətbuatı – 145

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA