Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

17:26 22-11-2019 | icon 189 | İqtisadiyyat
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində V SABAH Tələbə Debat Forumu keçirilib.

 

Tələbə Debat Forumunun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılmasına, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafına, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunmasına, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə marağın yaradılmasıdır.

 

“Ekoloji problemlərdə innovativ metodlar” mövzusuna həsr olunan SABAH V Tələbə Debat Forumunda ölkənin 5 ali təhsil müəssisəsinin təmsil olunduğu 22 komanda yarışıb. Final mərhələsinə debat raundlarından uğurla keçən UNEC-in iki komandası - “Tanrının övladları” və “Alpha” komandaları vəsiqə qazanıb.

 

Finalda “Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında debat təşkil olunub. Maraqlı keçən debat yarışında “Tanrının övladları” komandası qalib olub.

 

Qalib komandaya kubok təqdim edilib.

Qeyd edək ki, UNEC SABAH qruplarının komandası artıq 4-cü ildir ki, ardıcıl olaraq SABAH Tələbə Debat Forumunun qalibidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq