Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

17:43 22-11-2019 | icon 166 | Mədəniyyət
Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub. Rektor Səadət Əliyevanın da iştirak etdiyi görüşdə qonağın yaradıcılığı haqqında məlumat verilib, may ayında ölkə rəhbərliyi tərəfindən "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülməsi münasibətilə Azərbaycan Universiteti kollektivinin təbriki çatdırılıb.

 

Tədbir universitetin filologiya ixtisası üzrə təhsil alan tələbələrinin ifasında şairin şeirlərindən ibarət kompozisiya ilə başlayıb. Fəranə Mikayılova, Aytəkin Kərimova, Elnurə Cavadova, Solmaz Kalbalıyeva, Leyla Nəcəfova, Məhəmməd Azadov, Samir Şükürov, Nərmin Eminova, Sarvan Əliyev, Günel Əfəndiyeva, Telli Abbaslı “Həyatımda biri var”, “Kapriz”, “Əzizim”, “Sirri var kəkliklər qonan dağların”, “Həyatla o qədər işim var idi”, “Mənə yüz il ömür arzulamayın”, “Aldatma məni”, “Qəm eləmə sarı çiçək”, “Vətəndaş”, “Səninlə küsülü qala bilmərəm”, “İlahi” şeirlərini səsləndiriblər.

 

Çıxış üçün səhnəyə dəvət olunan Xalq şairi Vahid Əziz tələbələr tərəfindən təqdim olunan kompozisiyanı yüksək dəyərləndirdiyini bildirib, yaradıcılığına həsr olunmuş hər görüşdən böyük fərəh hissi duyduğunu dilə gətirib. Tələbələrin yaradıcılığı ilə bağlı çoxsaylı suallarını cavablandıran Vahid Əziz tədbir iştirakçıları üçün ən son yazdığı yeni şeirlərini səsləndirib.

 

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, kafedranın professoru Asif Hacıyev, kafedranın müəllimi Fərhad Mədətov Xalq şairinin yaradıcılığının müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar. Tədbirin qonağı, gənc müğənni Ayan Tohidi Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar ifa edib.

 

Tədbir universitetin rektoru Səadət Əliyeva tərəfindən qonağa xatirə plaketinin təqdim olunması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu