Metroda onları görəcəksiniz...

15:14 23-11-2019 | icon 158 | Cəmiyyət
Metroda onları görəcəksiniz...

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında daha bir fərqli sosialyönümlü aksiya keçiriləcək. İki gün ərzində animatorlar "Soyuq ürək" qəhrəmanlarını canlandıracaqlar.

 

Versus.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesi ilə birlikdə keçirəcəyi budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və insanların maarifləndirilməsinə töhfə verməkdir.

 

İki gün ərzində, noyabrın 24-25-də saat 12:00-dan 14:00-a qədər stansiyanın vestibülündə xüsusi geyimlərdə olan animatorlar zəngin şou göstərəcəklər. Bu səbəbdən aksiya daha çox azyaşlı sərnişinlərin diqqətini çəkəcək. Çünki animatorlar uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıracaq və metropolitenin azyaşlı sərnişinlərinə sevincli anlar bəxş edəcəklər. Bu, gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində sərnişinlərdə xüsusi ovqat yaradacaq. Ən əsası, xəstəlik və onunla mübarizə ilə bağlı maarifləndirmə işində böyük əhəmiyyət kəsb edəcək.

 

Stansiyadakı xüsusi lövhələrdə talassemiyalı xəstələrə yardım etmək üçün müvafiq məlumatlar yerləşdiriləcək.

 

Valideynləri övladları ilə bu aksiyada iştirak etməyə dəvət edirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı