Arıqlama həbləri bu xəstəliklərə səbəb olur

06:55 25-11-2019 | icon 93 | Sağlamlıq
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur

Arıqlama vasitələrindən mütəmadi olaraq istifadə etmək həzm sistemində ciddi fəsadlarla nəticələnə bilər. Bu, genişmiqyaslı tədqiqatlardan sonra aydın olub.

 

Versus.Az xəbər verir ki, araşdırmanın nəticələri “American Journal of Public Health” jurnalında dərc olunub.

 

Chan adlı Harvard Xalq Sağlamlığı Məktəbinin və Boston Uşaq Xəstəxanasının amerikalı alimləri müəyyən ediblər ki, çəkilərinə nəzarət etmək üçün mütəmadi olaraq arıqlama həblərindən və bağırsaq yumşaldıcı dərmanlardan istifadə edən qadınlar 1-3 il ərzində həzm sistemi xəstəlikləri riski ilə üzləşə bilərlər.

 

Aparılan tədqiqatlardan məlum olub ki, əvvəllər sağlam olan 14-36 yaş arası qadınların 1,8 faizi arıqlama həblərindən azı 1 il istifadə etdikdən sonra növbəti 3 il ərzində hər hansı həzm sistemi xəstəliklərinə yoluxublar.

 

Arıqlama həbləri əvəzinə bağırsaq yumşaldıcı dərmanlardan istifadə edənlərdə isə bu göstərici 4,2 faizdən artıq olub.

 

Müqayisə üçün bildirilir ki, dərman qəbul etməyən həmyaşıd qadınlarda bu göstərici 1 faizi ötməyib. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu