Bağırsaq xərçəngindən qorunmaq üçün 5 üsul

07:51 25-11-2019 | icon 131 | Sağlamlıq
Bağırsaq xərçəngindən qorunmaq üçün 5 üsul

Hər il dünyada 250 000 insanda bağırsaq xərçəngi diaqnozu qoyulur. Daha çox 50 yaşdan yuxarı insanlarda, əksərən də kişilərdə rastlanır.

 
 
Getdikcə bağırsaq xərçənginin geniş yayılması proqnoz olunur. Bəs necə edək ki, bağırsaq xərçənginin qarşısını alaq.
 
 
Versus.Az Medicina.az-a istinadən bağırsaq xərçəngini yaradan faktorlardan uzaq durmaq üçün alimlərin məsləhət gördüyü üsulları təqdim edir:
 
 
1.Bacardıqca çox hərəkət
 
Bağırsaq xərçənginin əsas səbəbi oturaq həyat tərzi, hərəkətsizlikdir. Ofis işində çalışanlar, sürücülər imkan tapan kimi çox gəzməlidir, gəzmək alınmırsa heç olmasa ayaq üstə durun. İş yerində gimnastika edin.
 
Oturduqda qarın boşluğundakı orqanlara qan dövr etmir, iltihabi proseslər artır. Hər gün 8-10.000 addım prinsipinə də əməl edin
 
 
2. Günəşdə çox olun
 
Sübut olunub ki, D vitamini əskikliyi ilə bağırsaq xərçəngi arasında birbaşa əlaqə var. Ona görə D vitamini artırın, bunun bir yolu da günəş işığı almaqdır
 
 
3.Lifli qidalar çox yeyin
 
Tam taxıl və yarmalar, toxumlar, paxlalar, təzə tərəvəzlər hər gün qidanızda olmalıdır. Kolorektal xərçəngin olmaması üçün bağırsaq normal işləməli, divarları təmizlənməlidir. Yağda qızartma yemək, çörək, şirniyyat, kartof və içkilərlə siz heç nə əldə edə bilməyəcəksiz, xəstəlikdən başqa
 
 
4.Qəhvə için
 
Müntəzəm olaraq yaxşı qəhvə içmək bağırsaq xərçəngini 25% azaldır. Gündəlik norma 2-3 fincandır.
 
 
5.Çəkinizi tənzimləyin
 
Bədən kütləsi indeksi 27-dən yuxarı olanlar bağırsaqda polip, daha sonra isə xərçəngə meyilli olur. Çəkiniz yaş və boyunuza uyğun olmalıdır. Əgər normadan 10 kq artıqsınızsa, pəhriz və idmana keçin.
 
 
Eləcə də trans yağ, alkoqol və siqaretdən imtina etməlisiz. Uzun illər siqaret çəkənlər bağırsaq xərçənginə yaxınlaşır.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu