"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

12:59 19-04-2018 | icon 258 | Gündəm
"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“İƏT üzv ölkələri arasında beynəlxalq və daxili siyasətdəki mövcud gərginliklərin gənclər siyasəti sahəsində də əks etdirilməsi cəhdləri yolverilməzdir”.

 

Versus.Az xəbər verir ki, bunu İƏT Gənclər və İdman Nazirlərinin Bakıda keçirilən 4-cü Konfransında çıxış edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov deyib. Onun sözlərinə görə, hal-hazırda İƏT-ə üzv ölkələrin bəzilərinin arasında xarici siyasət, bəzilərində isə ölkədaxili siyasət sahəsində bir-biri ilə rəqabət aparan qruplaşmalar mövcuddur:

 

“Lakin bütün ölkələrin ümumi marağında olan ortaq gənclik siyasətini bu iki amilin vasitəsinə çevirmək və bir-birinə təzyiq kimi istifadə etmək yolverilməzdi. Amma təəssüf ki, biz bu cür təzyiqləri hiss edirik”.

 

E.İskəndərov onu da vurğulayıb ki, bu risklərin aradan qaldırılması üçün gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır. Gənclər və İdman Nazirləri Konfransının əhəmiyyətinin artırılmasına çağıran İƏT Gənclər Forumunun sədri, bu baxımdan hazırki konfransın bütün İslam ölkələri ilə bərabər dostluq və əməkdaşlıq münasibətlərini saxlayan Azərbaycanda keçirilməsini İslam həmrəyliyinin güclənidirlməsinə mühüm töhfə olacağını da əminliklə vurğulayıb.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."