İdman Sarayında karate üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub

14:30 25-11-2019 | icon 112 | İdman
İdman Sarayında karate üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub

22-24 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatına yekun vurulub.

 

Versus.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıb.

 

18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanan "Qara Qaplan" klubunun yetirmələri bu dəfə də ən yüksək nəticə göstəriblər. 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medala sahib olan Mərkəzi Karate Məktəbi ikinci yeri, 5 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan Təhsil Respublika İdman Məktəbinin karateçiləri isə növbəti pilləni tutublar. Yaxşı nəticə göstərən klublar arasında Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyəti və "Arpaçay" klubunun idmançıları da ilk beşlikdə yer alıblar.

 

Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı