"Əli İnsanovun partiya yaratmağa qanunla hüququ çatır, amma..."

18:09 25-11-2019 | icon 219 | Siyasət
"Əli İnsanovun partiya yaratmağa qanunla hüququ çatır, amma..."

Əlisahib Hüseynov: "Özünü nazir kimi doğrulda bilməyən bir şəxs müxalif siyasətçi kimi bu xalqa nə gün ağlayacaq?"

 

"Əli İnsanovun öz siyasi iddiasını ortaya qoyması və hətta Haqq-Ədalət Partiyası adında yeni siyasi qurumun təşkilat komitəsini də yaratması ilk baxışdan tamamilə normaldır. Hər bir vətəndaşımız kimi keçmiş səhiyyə naziri Əli İnsanovun da bu və ya digər siyasi təşəbbüslə çıxış etməyə, öz siyasi mövqeyini bəyan etməyə, onunla eyni siyasi ideyaları bölüşən şəxslərlə birləşərək hərəkat və ya partiya yaratmağa qanunla hüququ çatır. Amma..."

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, siyasətdə təkcə hüquq amili yox, mənəvi prinsiplər də çox önəmli rol oynayır:

 

"Məsələyə bu prizmadan yanaşsaq, o zaman tam əminliklə deyə bilərik ki, sabiq səhiyyə nazirinin bu gün siyasi partiya yaradıb xalqın adından danışmağa heç bir mənəvi haqqı çatmır. Zamanında xalqın ona olan etimadını bir nazir kimi doğrulda bilməyən bir şəxs indi müxalif siyasətçi kimi bu xalqa nə gün ağlayacaq ki?"

 

"Siyasəti bu qədər eybəcərləşdirmək olmaz" deyə, Əlisahib Hüseynov qeyd etdi ki, vaxtilə təhqir edib sonradan üzr istədiyi hazırki müxalifət liderləri ilə bundan sonra bir cərgədə, eyni düşərgədə çiyin-çiyinə dayanmaq qərarı hansı mənəvi-etik qanunlara sığır, bu, bəlli görünmür.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı