Din xadimlərinə maddi dəstək veriləcək

13:28 19-04-2018 | icon 218 | Cəmiyyət
Din xadimlərinə maddi dəstək veriləcək

Maddi dəstək alacaq din xadimlərinin siyahısı dəqiqləşdirilir.

 

Versus.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir.

 

M.Qurbanlı bildirib ki, Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Onun sözlərinə görə, Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib.

Komitə sədri bildirib ki, bu, maaş kimi deyil, maddi dəstək formasında din xadimlərinə verilcək.

 

M.Qurbanlı qeyd edib ki, vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq:

 

“Dəstək vəzifəyə görə dəyişəcək. Daha çox əməkhaqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."