“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

14:05 19-04-2018 | icon 355 | Gündəm
“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.

 

Versus.az xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, millət vəkilləri və ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, konfransda milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.

Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.
 
 

Tədbirdə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva, "Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Prezident yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova çıxış ediblər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."