Nazirlik evdar qadınlara müavinətin verilməsi təklifinə münasibət bildirdi

14:54 26-11-2019 | icon 180 | Cəmiyyət
Nazirlik evdar qadınlara müavinətin verilməsi təklifinə münasibət bildirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın evdar qadınlara dəstək verilməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, A.Kərimov bildirib ki, evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır və onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.

 

Nazir müavini əlavə edib ki, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb. Azərbaycancanda hazırda 14-ə yaxın belə sosial müavinət var:

"Fikrimcə, qurumlar tərəfindən evdar qadınlara müavinətin verilməsi ilə bağlı təklif verilərsə, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri hələ davam edir. Nazirlik təkliflərə açıqdır. Evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşaq. Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, o, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa, qabaqcıl təcrübəyə də baxmaq lazımdır".

 

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.

 

Komitə sədri son iki ildə Azərbaycanda Prezidentin təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrıldığını bildirib:

“Təəssüf ki, ölkəmizdə hələ də işləməyən qadınlar var. Bəzi ölkələrdə evdar qadınların əməyinin daha yüksək qiymətləndirilməsi üçün xüsusi vəsait ayrılır. Uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı