ADU-da Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb

16:25 26-11-2019 | icon 158 | Təhsil
ADU-da Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Araşdırmaları Mərkəzinin açılış və Yüksek Öğretim Kurulu (YÖK) sədri professor Dr.Yekta Saraçın ADU-nun Fəxri doktoru adı ilə təltifolunma mərasimi keçirilib.

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji
aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib. ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqətə mərkəzində saxlayacağına, universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib.

 

Rektor Kamal Abdulla universitetdə fəaliyyət göstərən 20-dən çox ölkənin dil və mədəniyyət
mərkəzlərindən söz açaraq yeni mərkəzin – Türk araşdırmaları mərkəzinin açıldığını qeyd edib.

 

Rektor mərkəzin fəaliyyətinin hər iki dövlətin, hər iki millətin övladlarını bir-birinə daha da
yaxınlaşdırmasını arzu edib.

 

Yüksek Öğretim Kurulu (YÖK) sədri professor Dr. Yekta Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, Türkiyədə Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. Y.Saraç fəxri doktor adına layiq görülməyi ilə də Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması və möhkəmləndirilməsinə xüsusi diqqət ayıracağını bildirib.

 

ADU-nun Elmi Şurasının qərarına əsasən Türkiyə Respublikasının Yüksek Öğretim Kurulu
(YÖK) sədri professor Dr. Yekta Saraç Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı ilə təltif olunub. Kamal Abdulla professor Dr. Yekta Saraça ADU-nun fəxri doktoru diplomunu təqdim edib. Qonaq ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı