Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında

16:37 26-11-2019 | icon 238 | Ədəbiyyat
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib.

 

Versus.Az xəbər verir ki, müəllif tərəfindən nəstəliq xətti ilə köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Buraya Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir.

 

Dibaçədə Osmanlı Sultanı Süleyman Qanunini (1520-1566) mədh edən şeir də yer alıb. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi, Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonrakı dövrdə vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi Osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.

 

Bu divan XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından dəyərli mənbədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu