Bələdiyyə seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

11:39 28-11-2019 | icon 100 | Siyasət
Bələdiyyə seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti bu gün başa çatır.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi səsvermə gününə 45-25 gün qalanadək 2019-cu il noyabrın 8-dən 28-dək (noyabrın 28-i də daxil olmaqla) verilir.

 

Bundan əlavə səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır. Qeydiyyatdan çıxma (səsvermə) vəsiqələri səsvermə gününə 25 gün qalanadək, 2019-cu il noyabrın 28-dək (noyabrın 28-i də daxil olmaqla) dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

 

Həmçinin noyabrən 28-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşır. Dəqiqləşdirmə dairə və məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 25 gün qalanadək, 2019-cu il noyabrın 28-də yekunlaşır.

 

Bununla yanaşı məntəqə seçki komissiyaları tərəfindən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra başa çatmalıdır.

 

Məntəqə seçki komissiyaları tərəfindən səsvermənin yeri və vaxtı haqqında KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi də səsvermə gününə azı 25 gün qalanadək, yəni 2019-cu il noyabrın 28-də başa çatır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ