Nəyə görə bu məktublar prezidentə, birinci xanıma göstərilmir?

23:39 28-11-2019 | icon 1104 | Kürsü
Nəyə görə bu məktublar prezidentə, birinci xanıma göstərilmir?

"Şəhid övladları və kimsəsiz uşaqlara yardım" ictimai birliyinin rəhbəri olaraq haqqımızı tələb edirəm!

 

PƏRİŞAN MUSAZADƏ

 

Mövzulara hər zaman bitərəf yanaşmağa çalışmışam. Heç bir partiyaya üzv olmaq istəməmişəm. Hər zaman sözümü deyə bilmişəm. Çünki mənim həm iqtidarda, həm müxalifətdə yaxşı dostlarım var. Və hər biri ilə qorxum olmadan görüşə bilmişəm...

 

Amma son hadisələrə gəlincə, mözuların üzərindən bir daha keçməyə çalışdım. Sualım:

Nə zamana qədər bu məmurlar haqqımızı tapdalayacaq? Nə zamana qədər haqqı olmayanlar oturacaqlar məmur kreslosunda? Hansı ki qapısı döyüldüyündə bir çarə deyə, üzümüzə çırpılacaq...

 

Dəfələrlə şəxsimə qarşılaşmışam məmur haqsızlığı ilə... Hər dəfə "Bu bizim işimiz deyil, Pərişan xanım", "Bizim səlahiyyətimizdə deyil Pərişan xanım" deyilib. Atamızdan qalma bütün əmlak, mal-mülk əlimizdən alındı. Aldığımız binada komendant mənzilimizə buraxmadı, saxta sənəd deyə. Heç bir məmur yaxına durmadı deyə saxtakarlıq baş aldı getdi. Susdum. Nə zamana qədər susacağıq? Bəs, bu işlər kimin səlahiyyətindədir? Bəs, sizi bu vəzifəyə nə deyə təyin ediblər?

 

Görün nə günlərə düşmüşük, şəhid xanımını 147 AZN əmək haqqı olan bir işə təyin ediblər. Nə etməliydim? Piyada evə getməliydim ki, günə 40 qəpik çıxmasın? Bəli, deyəcəksiniz ki, pensiya da var. O zaman deyək, böyük övladları olan bir ailəyə yetirmi? Kredit, o-bu deyərkən əldə ovucda bir şey yoxdur... Və birdə ki, nəyə görə normal işdə işləməyəsən?

 

Keçirəm digər məsələyə. Şəhid oğlu ilə məktub yazmışıq. Administrasiyadan geri cavab gəlir ki, məşğulluğa yaxınlaşın. Gedilir. Məşğulluqdan cavab istəyirsən, ancaq 200 AZN əmək haqqı olan iş var.

Yenə bir sual verim. 26 yaşında universitet bitirmiş cavan oğlan anasına, nənəsinə baxır. Bu pulla necə dolansın? Neçə ayını başa vursun? Hər kəsin haqqı verilməlidir. Bizi axmaq yerinə qoymayın!

 

Görün nə vəziyyətdir ki, ölkənin birinci xanımına yazdığım son məktubun son cümləsini bu cür bitirmişəm: "Hörmətli məmur, bilirəm yenə də məktubum cavabsız qalacaq, amma yenə də haqqımı tələb edəcəm".

Nəyə görə Prezidentə, birinci xanıma bu məktublar göstərilmir? Hansı haqqla!? Hansı hüquqla!?

Sonra məmurlar deyirlər müxalifyönümlü danışırsınız. Düz söz demək müxalifətyönümlü olmaqdırsa, bəli, danışıram! O zaman belə deyim, müxalifyönümlü düşünməməyimiz üçün bu insanların problemlərini dinləyin, həll edin. İnsanları məcburən namərd etməyin. Bu insanların sizə güvənməkləri üçün bir şeylər edin. Edə bilmirsinizsə, bu vəzifədə oturmağın mənası yoxdur.

 

Həm bir şəhid xanımı, həm də "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" ictimai birliyinin rəhbəri olaraq haqqımızı tələb edirəm!

Yazmadığım çox mövzular var...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO