“Betmen maskalı qız”ın anası əməliyyatın ilkin nəticələrini göstərdi - VİDEO

00:43 29-11-2019 | icon 123 | Maraqlı
“Betmen maskalı qız”ın anası əməliyyatın ilkin nəticələrini göstərdi - VİDEO

“Betmen maskalı qız” kimi tanınan balaca Lunanın anası Rusiyanın Krasnodar vilayətində keçirilən ilk iki əməliyyatın nəticələrini göstərib.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

 

Bildirilir ki, ana bu barədə foto və videoları “Instagram” səhifəsində paylaşıb.

 
 

Kadrlardan görünür ki, uşağın üzündəki anadangəlmə ləkənin bir qismi artıq alın hissəsindən götürülüb. Ananın sözlərinə görə, prosedur ağrısız həyata keçirilib.

 

Qeyd edək ki, balaca Luna üzündə böyük bir ləkə ilə dünyaya gəlib. ABŞ-lı həkimlər anomaliyanı lazerlə silməyi təklif ediblər. Ancaq bunun üçün 100-ə qədər əməliyyat keçirmək lazım idi. Krasnodarlı cərrah Pavel Popov yerli qəzetlərin birində Luna haqqında məlumatı oxuduqdan sonra ailəyə novator müalicə üsulunu təklif edib və ailə bu təklifi qəbul edib.

 

“Nəticələr möhtəşəmdir. Balaca qızımla Rusiyaya gəlmək barədə qərarımın doğruluğuna artıq 100 faiz əminəm”, - deyə Kerol Fenner əlavə edib. O bildirib ki, rusiyalı cərrah Pavel Popov tərəfindən keçirilən uğurlu əməliyyatı Yeni il hədiyyəsi kimi qəbul edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vətənin və Ramil Səfərovun haqqı

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Türkiyə viza müddətini 90 günədək uzatdı

Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF

İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxanların sayı artıb