Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər

01:44 29-11-2019 | icon 147 | Sağlamlıq
Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər

Xəstəxanadaxili infeksiyalar, bakteriyalar həkimlərin çox qorxduğu bir problemdir. Baxmayaraq ki, klinika, xəstəxana dedikdə ağlımıza sterillik, təmizlik, təhlükəsizlik gəlir və biz ora sağalmaq üçün qaçırıq. Əslində elə xəstəxana, əməliyyatxana infeksiyaların daha ağır formasının məskəni ola bilər. Burada adi insanlar, xəstələr və tibb personalı bağırsaq çöpündən tutmuş pnevmoniya, hepatitə kimi yoluxa bilər.

 
 
Versus.Az Medicina.az-a istinadən xəstəxana daxilində hansı infeksiyalara yoluxa biləciyinizi xəbər verir.
 
Xəstəxana parazitləri çox davamlı, dözümlü olur, spirt, antiseptik, dərman və antibiotiklərə alışmış olur. 
 
 
Mütəxəssislər də birağızdan deyir ki, xəstəxana daxili infeksiyalar çöldə, evdə, başqa yerdə, insandan insana keçən bütün infeksiyalardan daha dəhşətlidir. 
 
Səbəb olaraq o göstərilir ki, bu göbələklər, parazitlər artıq illərdir eyni qapalı məkanda qalır, dövr edir, dezinfeksiya məhlulları, sterilizasiya, spirt və s. alışıb, standart müalicələrə reaksiya vermirlər.
 
 
Xəstəxanaya hər cür infeksiyalı insan gəlir. Ağır bağırsaq infeksiyalı xəstə gəlir, ətrafdakı sağlam insanlar bunu bilmir, həkim özü də müayinə otağında diaqnoz qoyur və artıq gecdir. 
 
 
Xəstəxanaya infeksiya və bakteriyaları elə tibbi personalın özü də gətirə bilər. Beləliklə, hər gün poliklinika, xəstəxana, palatalar müxtəlif patogen mikroorqanizmlərlə dolur, pasiyentlər arasında var gəl edir, tibbi heyətdə birindən digərinə keçir. 
 
 
Ən çox yayılanlar:
 
Qızılı stafilakokk bakteriyası – infeksion şöbələrdə, reanimasion palatalarda, doğum evlərində çox olur. Hətta bir çox dövlətlərdə bu infeksiya aşkarlananda həmin müəssisə bir müddət bağlanır. 
 
 
Stafilakok dərini zədələyir, yara, irin, abses, furunkul əmələ gətirir. Eləcə də daxili orqanlara keçib, pnevmoniya, meningit, endokarditə səbəb olur. 
 
 
Bu bakteriya antibiotiklərə dözümlüdür, soyuq, istiyə davamlıdır,antiseptik məhlullarla sterilizasiyadan yayınır. Hava damcı, toz, ağız suyu, yaradan açıq dəri yarasına düşmə yolu ilə yayılır. Steril olmayan yerdən, alətlərdən əllərə, orda qidaya, eləcə də iynə vurma zamanı, əməliyyatlar zamanı keçə bilər. 
 
 
QİÇS infeksiya nadir də olsa xəstəxanalarda ola bilir. Xüsusən QİÇSli xəstə heç kimi məlumatlandırmadan o xəstəxanada tibbi yardım alır, müayinələrə gəlir, əməliyyat olur, yarası işlənirsə. Qan köçürmə, qan alma zamanı tibbi personalın səhlkənkarlığı ucbatından özlərinə və sağlam xəstələrə keçə bilir. 
 
 
Bağırsaq infeksiyaları, zəhərlənmə - stasionarın daxilində çox rast gəlinir. İstər uşaq, istər böyüklər üçün olan infeksion şöbələrdə yayılır. Rotaroviruslar çox güclüdür, bir saniyəyə yoluxur. Bağırsaq infeksiyası olan bir insanın toxunduğu, uzandığı əşyaya toxunmaq, sonra o əllərlə ağıza, gözə toxunmaq, yemək kifayətdir ki, yoluxasız. 
 
 
Herpes – xəstəxanadan tutula biləcəyiniz virusdur. Hava damcı yolu ilə keçir, orqanizmə düşdüsə ömürlük orda qalır, heç bir müalicə ilə keçmir, ara sıra özünü biruzə verdirir. 
 
 
 
Personalın alətləri və əlləri vasitəsilə yayılan infeksiyalardan biri də irin çöpləridir. 
 
İnsana açıq yaralar, dəri, hava damcı, qida, selikli qişa, gözlər vasitəsilə keçir, sistit, otiti, stomatit pnevmoniya kimi ağırlaşmalar verir. 
 
Müalicəyə tabe olmayan ən təhlükəli infeksiya hesab olunur. 
 
 
Uşaq xəstəxanalarında qızılca, məxmərək, svinka da geniş yayılıb. Qapalı şəraitdə hava damcı yolu ilə keçir. Hətta xəstə uşağının yanında qalmağa məcbur olan valideynlər də yoluxur. 
 
 
Bəs nə etməli? Klinikalarda necə qorunmalı?
 
 
İlk növbədə sterillik, təhlükəsizlik xəstəxananın və tibbi heyətin peşəkarlığı, diqqəti, vicdanına qalır. Çünki onlar da hər gün təhlükədədir. 
 
 
Bəs adi insanlar nə etsin? Xəstəxanaya gedib gələndən sonra bütün geyimlərinizi, ayaqqabılarınızı evə daşımadan çıxarıb, isti su rejimində paltaryuyanda yuyursuz. Özünüz çimib, əllər, üz spirtlənir. Xəstəxanada maskada və tibbi əlcəkdə gəzirsiz, onları hər 1 saatdan bir dəyişirsiz. 
 
 
Əllərinizi elə xəstəxanada divara vurulan sterilizasiya mayesində yuyursuz. Evə gələndə heç nəyə toxundurmadan isti su, sabunla yuyub, antiseptik məhlulla silirsiz. Xəstəxana daxilində çalışın yemək yeməyin. Açıq yemək aparmayın, açıq su içməyin. Qış aylarında xəstəxanada çox qalmalı olacaqsızsa, müayinələr arası soyuq havaya çıxın. 
 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vətənin və Ramil Səfərovun haqqı

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Türkiyə viza müddətini 90 günədək uzatdı

Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF

İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxanların sayı artıb