Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində!

10:21 29-11-2019 | icon 137 | Mədəniyyət
Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində!

8 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək. Dünya şöhrətli kollektiv bununla Heydər Əliyev Mərkəzində dördüncü dəfə çıxış edəcək. Xatırladaq ki, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan konsertlərin hər biri anşlaqla keçib.

 

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə olacaq. Proqramda dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin əsərləri təqdim ediləcək. Tamaşaçıları maraqlı repertuar, peşəkar ifa ilə yanaşı, gözəl bir şou gözləyir.

 

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir. Vyana musiqi ənənələrinin qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə bütün dünyada şöhrət qazanıb.

 

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30 AZN-dən 220 AZN-dəkdir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ