“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

21:31 30-11-2019 | icon 762 | Siyasət
“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Könül Vaqifqızı: “Seçkidə iştirak etmədən necə bilmək olar ki, hansı və necə saxtakarlıqlar olub?”

 

“Son aylar Prezident tərəfindən aparılan kadr islahatları təbii ki, Milli Məclisdən də yan keçməyəcəkdi. Hər gün bir az yenilənən Azərbaycanın Milli Məclisinin də nəhayət yenilənmə vaxtı gəlib çatdı”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül Vaqifqızı deyib.

 

Əslində son bir ildə Parlamentin buraxılması ilə bağlı fikirlərin daim gündəmdə olduğunu deyən sədr müavini vurğuladı ki, bu məsələ istər politoloqların, istər siyasilərin, ictimaiyyətin müzakirəsindən düşməyib:

 

“Həm bu səbəbdən, həm Parlament seçkisinin vaxtından əvvəl keçirilməsini kadr islahatlarının davamı kimi qiymətləndirdiyimizdən bizim partiya üşün bu qərar heç də fövqaladə olmadı. Ümumiyyətlə, indiki vaxtda Parlamentin yenilənməsin' ehtiyac var idi. Elə seçkilərdə hər kəsin iştirakı da mütləqir. Bəzi partiya rəhbərləri iddia edirlər ki, seçkilərin saxta keçiriləcəyini bildikləri üçün iştirak etmək istəmirlər. Maraqlıdır, bunlar seçkidə iştirak etmədən necə biləcəklər ki, hansı və necə saxtakarlıqlar olub? İştirak etməlidirlər ki, bu iddialarını faktlarla əsaslandıra bilsinlər”.

 

K.Vaqifqızı bu baxımdan hər kəsi seçkilərdə fəal olmağa çağırdı:

 

“İstərdik ki, seçkiyə qatılanlar və seçicilər aktivlik göstərsinlər. Fəal olsunlar ki, xalqı deyil, yalnız öz cibini güdən insanlar boşluqdan yararlanıb o kürsülərə sahiblənməsinlər. Xalqın səsinə səs verən insanların seçilməsi üçün, yenə deyirəm, hər kəs bu prosesdə aktiv olmalıdır”.

 

Könül Vaqifqızı qeyd etdi ki, MMP növbədənkənar seçki ilə bağlı Siyasi Şuranın iclasını çağırıb. İclasda seçkilərlə bağlı müzakirələr aparılacaq.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vətənin və Ramil Səfərovun haqqı

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Türkiyə viza müddətini 90 günədək uzatdı

Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF

İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxanların sayı artıb