Aprel qazisi özünü öldürüb

16:18 20-04-2018 | icon 334 | Hadisə
Aprel qazisi özünü öldürüb

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib.

 

Versus.az virtualaz.org-a istinadən xəbər verir ki, aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.

 

Xəbəri Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır:

 

“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Biz xəbəri dünən eşitdik, əməkdaşlarımız yas yerində olublar, dəfndə iştirak ediblər. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.

 

Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib:

 

“Yaxınlarından öyrəndik ki, ötən ilin aprel ayında da intihar etmək istəyibmiş. Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.

 

İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

 

F. Abdiyev Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. O, aprel döyüşlərində də böyük şücaət göstərib. Döyüşlərdə Fazilin bir neçə döyüş yoldaşı şəhid olub, onun özü ağır yaralanıb. Fazili şəhid olan əsgərlərin arasında ağır yaralı halda tapıblar. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

 

Ordudan tərxis olunandan sonra Fazil Abdiyev rayona qayıdıb, mülki işdə işləməyə başlayıb. Tovuz sakinlərindən aldığımız məlumata görə intihar hadisəsi evdə heç kimin olmadığı vaxtda baş verib. Belə ki, dünən aprelin 19-da səhər saatlarında Fazilin atası və qardaşı iş dalınca evdən çıxıblar. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb.

 

Fazil Abdiyev intihardan bir neçə gün əvvəl qonşularına deyibmiş ki, yoldaşlarının ölümü ona pis təsir edib. O, döyüş yoldaşlarının ölümü ilə barışa bilmirmiş. Deyirmiş ki, "''Niyə onlar öldü, mən ölmədim’’. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...''- deyə, Tovuz şəhəri üzrə İcra Nümayəndəliyinin rəhbəri Yaşar İbrahimov deyib. Onun sözlərinə görə, Fazil çox sakit, təmkinli, tərbiyəli, eyni zamanda cəsur gənc idi, tanıyanların hamısı onun hörmətini saxlayırdı...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS