Dietoloqlar sirri açdılar

08:13 02-12-2019 | icon 181 | Maraqlı
Dietoloqlar sirri açdılar

San-Dieqodakı Kaliforniya Universitetinin dietoloqları 40 yaşdan sonra yaxşı formada qalmaq üçün riayət edilməli bəzi qaydaları açıqladılar.

 

Mütəxəssislər bildirirlər ki, 39 yaşına qədər sağlam insan bəzən fastfuddan və digər yüksək kalorili məhsullardan həddini aşmadan istifadə edə bilər. Lakin 40 yaşdan sonra maddələr mübadiləsi tədricən zəifləyir. Əgər şəxs idmanla məşğul olmazsa, zərərli qidaya olan “sevgi” çox tezliklə qarında xoşagəlməz piy hissəciklərinin yığılmağına gətirib çıxara və bunun da nəticəsi olaraq, sağlamlıqda problemlər yarana bilər.

 

Dietoloqlar əmindirlər ki, bir sıra tövsiyələrə riayət edildiyi halda 40, 50 və 60 yaşdan sonra da gözəl formada qalmaq olar. Amerikalı mütəxəssislər həftədə iki dəfə kiçik paylarla qırmızı ət yemək məsləhət görürlər. Bu, əzələ kütləsini artırmağa, qadınlara isə orqanizmdə dəmir çatışmazlığının qarşısını almağa kömək edir.

 

Vegetarian pəhrizinin tərkibinə taxıl, meyvə və ispanaq, kələm və s. kimi yaşıl yarpaqlı tərəvəzlər daxil edilməlidir. Bununla yanaşı isə zərərli karbohidratları qidanın tərkibindən çıxarmaq lazımdır.

 

50 yaşdan sonra qanda şəkərin miqdarını stabil saxlayan və damarlarda zərərli çöküntülərin yığılmağının qarşısını alan qida məhsullarına üstünlük vermək lazımdır.Bu cür məhsulların tərkibində minimum xolesterin, karbohidrat, lakin çoxlu miqdarda sellüloza olmalıdır.

 

Eyni zamanda qoz, zeytun yağı, balıq (ürək üçün faydalı olan omeqa-3 yağ turşuları) və yağsız süd məhsulları istifadə etmək tövsiyə olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq