Dekabr ayının mədəniyyət “Afişa”sı

07:22 03-12-2019 | icon 176 | Mədəniyyət
Dekabr ayının mədəniyyət “Afişa”sı

Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proqramları və yeni tamaşalarla bol olan paytaxtın mədəni həyatında 2019-cu ilin son ayı gəlib çatdı. Dekabr ayında da şəhərin teatr-konsert müəssisələrinin afişa-repertuarları tədbir və təqdimatlar sarıdan çox zəngindir. Üstəlik, həmişəki kimi, Bakı yenə qonaq-qaralı olacaq.

 

Bu ay İspaniyadan və Macarıstandan pianoçular Senya Son və Tamaş Erdi, Belçikadan violin ifaçısı Mark Buşko, Türkiyənin caz vokalçısı Sibel Köse və digər məşhurlar konsert zallarımızda çıxış edəcək. “Azərbaycan vokalçıları” festivalı ayın konsert proqramlarına əlavə rəng qatacaq. “Rusiya Teatrı ili” çərçivəsində “Sankt-Peterburq Opera” teatrı paytaxtımıza qastrol səfərinə gələcək. Akademik Rus Dram, Gənc Tamaşaçılar teatrları hərəsi dekabrda iki premyera planlaşdırıb. Yuğ teatrı bu ay (3 dekabr) 30 illiyini qeyd edir. Akademik Milli Dram və digər teatrlar noyabrın sonlarında “Cəfər Cabbarlı həftəsi”ndə premyerasını etdikləri tamaşaları bu ay da sənətsevərlərə təqdim edəcəklər. Heydər Əliyev Sarayında Nəsiminin 650 illiyi münasibətilə F.Əlizadənin “Nəsimi passion” vokal-xoreoqrafik tamaşasının nümayişi nəzərdə tutulub. Ayın son həftəsi isə ənənəvi olaraq mədəniyyət ocaqlarında Yeni il şənlikləri – tamaşa və konsertlərlə yadda qalacaq.

 

Bir sözlə, dekabr ayının mədəniyyət mənzərəsi olduqca rəngarəngdir və uşaqdan böyüyə hər kəsin marağına uyğun geniş seçim imkanları var. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi isə sizlərə bu işdə bələdçilik edə bilər.

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

 

“Afişa” əlavəsinin dekabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunacaq konsertlər də diqqətə çatdırılır. Nizami Kino Mərkəzində ekrana çıxan filmlər, yaxud Bakı Dövlət Sirkindəki yeni proqram barədə məlumat almaq istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.

 

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

 

Qeyd edək ki, “Afişa” əlavəsinin yeni sayı 30 noyabr tarixindən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə də edə bilərlər.

 

Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ