Barmaqların qıcolması

07:55 03-12-2019 | icon 188 | Sağlamlıq
Barmaqların qıcolması

Yəqin ki, çox zaman duşda, hamamda, soyuq havada, gecə yuxuda ayaq barmaqlarınızın quruyub qaxaclaşması, bir-birinə üzərinə çıxıb qıc olması və bir neçə dəqiqə, hətta uzun müddət bu vəziyyətdə qalması sizə tanışdır. Sizin özünüzdən asılı olmadan və nə qədər açmağa çalışsanız da açılmayan barmaqlar sizi panikaya salır.


Versus.Az Medicina.az-a istinadən bu vəziyyətin səbəblərini təqdim edir.
 
 
Barmaqlar təzyiq altındadır: Xarici amillər
 
Barmaqların qıcolmasına səbəb olan xarici amillərə: ayaq, barmaq zədələri, sıxılma, dar ayaqqabı, çox oturmaq, soyuq, donma, ağırlıq, qəfil hərəkətlər, təzə idmanla məşğul olmaq və s. aiddir.
Bu amillər müvəqqəti, ayda ildə bir dəfə təkrarlanan qıcolmalar yaradır, sonra keçib gedir.
Əgər barmaqlarınız hətta oturduğunuz yerdə, isti otaqda da quruyub qıc olursa və bu ayda 4-5-7 dəfə təkrarlanırsa, səbəbləri dərində axtarmaq lazımdır.
 
 
Digər daxili patoloji səbəblər:
 
- Beyində epilepsiya ocaqlarının olması
- Revmatiot artrit
- Bəzi xəstəliklər
- Vitamin, mineral çatışmazlığı
 
 
Nə çatımır?
 
Əzələ spazmı və qıcolması bədənin susuzlaşması, elektrolit balansının pozulması, xəstənin çox maye itirməsi, diareya zamanı da çox rast gəlinir. Kalsium, kalium, maqniy çatışmazlığı da qıcolmalar verir
 
Kalium əzələ, sinir toxuması, ürəyin əzələləri üçün çox vacibdir. Qanda kaliumun optimal həddi 3,5- 5 mmoldur. Əgər bu göstərici az olarsa, ayaq əzələləri, daban və barmaq qıcolmaları baş verəcək.
 
Eləcə də maqniy sümük və əzələ toxuması üçün vacibdir. Onun defisiti bədəndə titrətmə, əsmə, yüksək təzyiq, aritmiya, tənəffüsdə çətinlik, kəskin çəki itirilməsi, qıcolmalar verə bilər.
 
Eləcə də B qrup və D vitamini əskikliyi də barmaqları qıc edir.
 
 
Artıq çəkili insanlar, diabet xəstələri, həddən artıq duz qəbul edənlərdə də bu simptom qaçılmazdır.
Əgər bu səbəblərdən bir neçəsi sizdə varsa, barmaq qıcolmalarından xilas olmaq üçün qanda bu vitaminlərin analizini verin, daha sonra kardioloq və nevroloqa müraciət edin.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub