BSU-nun alimləri Kalmıkiyada keçirilən III Beynəlxalq elmi forumda 

12:41 03-12-2019 | icon 121 | Təhsil
BSU-nun alimləri Kalmıkiyada keçirilən III Beynəlxalq elmi forumda 

Bakı Slavyan Universitetinin (BSU) bir qrup professor-müəllim heyəti B.B.Qorodovikov adına Kalmık Dövlət Universitetində “Şəbəkə şərqşünaslığı: monqol və türk etnik qruplarının zaman və məkanda qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən III Beynəlxalq elmi forumda iştirak ediblər. Azərbaycandan ümumilikdə 13 nəfərin qatıldığı elmi forumda Azərbaycan Milli Elmlər Akademiyasından və respublikamızın bir çox ali məktəblərindən alimlər iştirak ediblər. Onlardan 5 nəfər iştirakçı BSU-nu təmsil edib.

 

 Bu barədə Versus.Az-a BSU mətbuat xidmətindən məlumat verilib.

 

Forum çərçivəsində “Altayşünaslıq və monqolşünaslığın aktual problemləri” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun professoru  Rəhilə Quliyevanın “Культ коня в тюркской мифологии”, elmi işçi Sevinc İmanovanın “Концепт “семья” в азербайджанской прозе второй половины XX века” mövzusunda məruzələri dinlənilib. BSU-nun alimlərinin apardıqları elmi tədqiqatlar konfrans iştirakçılarında böyük maraq yaradıb.

 

Forum zamanı Kalmık Dövlət Universitetinin rektoru, professor Badma Salayev və universitetin prorektorları azərbaycanlı nümayəndələri böyük rəğbətlə qəbul ediblər. Rektor  Badma Salayev rəhbərlik etdiyi Kalmık Dövlət Universiteti ilə BSU arasında gələcəkdə sıx əməkdaşlıq qurmaq arzusunu ifadə edib.

Görüş zamanı belə konfransların keçirilməsinin türkologiya, monqolşünaslıq, altayşünaslıq  sahəsində elmi tədqiqatların aparılmasına müsbət təsir göstərəcəyi vurğulanıb.

Forumda Azərbaycandan iştirak edən 13 alimin məqaləsi toplu şəklində nəşr olunub.

Konfrans çərçivəsində iştirakçılar Kalmıkiyanın görməli yerlərinə ekskursiya ediblər.

 

Gözəl

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu