Ronaldunun bacısı Van Deykin zarafatına sərt cavab verdi

07:41 04-12-2019 | icon 127 | İdman
Ronaldunun bacısı Van Deykin zarafatına sərt cavab verdi

“Yuventus”un forvardı Kriştianu Ronaldunun bacısı Katya Aveyru “Liverpul”un müdafiəçisi  Vircil van Deyki “Qızıl top” mükafatlandırma mərasimində davranışına görə sərt tənqid edib.

 

Bu barədə “Metro” xəbər verib.

Bildirilir ki, hollandiyalı müdafiəçi  jurnalistlərin Ronaldunun mərasimdə iştirak etməməsi ilə bağlı sualına “Məgər o rəqib idi ki?” kimi cavab verib.

 

Sonradan Van Deyk bunun zarafat olduğunu bəyan etmişdi.

 

“İnsanlar qeyri-reallıqda yaşayırlar. Necə təvazökarlıqdır! Hə, Kriştianunun qalib ola bilməyəcəyi məlum idi. İstər komanda ilə, istərsə də şəxsi olan vacib titullarına baxmayaraq. Ancaq bu artıq başqa söhbətin mövzusudur.

 

Əziz Vircil, sənin gəldiyin yerdə Kriştianu min dəfə olub. Sən hələ bir neçə il oynayanda və mükafatların nə olduğunu bilməyəndə Kriştianu üçqat çempion, ən yaxşı oyunçu və sənin oynadığın ölkənin ən yaxşı bombardiri idi. Həmin vaxt o yaşda səndən kiçik idi.

 

Sonra o, “Real”a gəldi və bu klubun ən yaxşı oyunçusu oldu. Sənə bu ad tanışdırmı, əziz Vircil? Ehtimal ki, hə. Çünki bu klubda  o Çempionlar Liqasında sizə qalib gəlib. Və onun beş belə qələbəsi var.

 

Əziz Vircil, Kriştianunun bir mövsümdə qazandığı kuboklar sənin karyeran dövründə qazandıqlarından çoxdur... Nə zaman sənin əlində həqiqətən sayılacaq qədər mükafatlar olsa, onda bəlkə Kriştianu ilə bir masada əyləşə bilərsən. Mənim üçün o, ən yaxşıdır”, - deyə Aveyru yazıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər