Bu Hospital “SOCAR Polymer” şirkətinin elan etdiyi tenderin qalibi oldu

11:38 04-12-2019 | icon 126 | İqtisadiyyat
Bu Hospital “SOCAR Polymer” şirkətinin elan etdiyi tenderin qalibi oldu

Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin “təcili tibbi yardım xidməti”-nin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi olub.

 

Tenderin şərtlərinə görə Mərkəzi Gömrük Hospitalının beynəlxalq protokollara uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş ambulansı və yüksəkixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan “SOCAR Polymer” şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərəcək.

 

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa hospitalın ambulansı tibbi təxiyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

 

Əhalinin nəzərinə: Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım xidmətinə 905 telefon nömrəsi vasitəsi ilə 7/24 rejimində müraciət etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı