Saatlıda baş verən qəzanın TƏFƏRRÜATLARI

11:45 04-12-2019 | icon 101 | Hadisə
Saatlıda baş verən qəzanın TƏFƏRRÜATLARI

Azərbaycan Dəmir Yolları QSC Saatlı rayonunda qatarın avtomobillə toqquşması ilə bağlı açıqlama yayıb.

 

QSC-dən Versus.Az-a verilən məlumata görə, məlumatda deyilir:

 

"Bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

 

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

 

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Saatlı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan şəxs də dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 2-yə çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub