XƏBƏRDARLIQ

11:50 04-12-2019 | icon 181 | Gündəm
XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

 

Versus.Az xəbər verir ki, bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar:

 

"Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...

Türkiyə viza müddətini 90 günədək uzatdı