72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

12:09 04-12-2019 | icon 161 | Mədəniyyət
72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Heç bir estetik əməliyyat etdirməmişəm. Həm xoş xasiyyətli olduğum, həm də özümə fikir verdiyim üçün belə cavan qalmışam.

 

Versus.Az xəbər verir ki, bunu 72 yaşlı Əməkdar artist və rəssam Suğra Bağırzadə gözəllik və formada qalma sirrlərini bölüşərkən deyib.

 

“Hər səhər idman edirəm. Sağlam qidalanmağa fikir verirəm. Özüm-özümə qulluq edirəm. Maskalardan istifadə etməklə yanaşı, üzüm üçün bütün təmizlik proseslərinə də riayət edirəm.

Axşamdan dəmlədiyim zəfəranı hər səhər içirəm. Onu heç bir qida yemədən qəbul edirəm. Həmçinin gözümü dəmlədiyim zəfəran suyu ilə də yuyuram. Ümumiyyətlə, zəfəran çox xeyrlidir”, - deyə Əməkdar artist bildirib.

Aktrisaya təkliflər gəlsə də, səhhətinə və yaşına görə efirlərdən uzaqlaşdığını qeyd edib:

 

“Dağıntılar altında” serialında çəkildiyim zaman yıxıldığım üçün ayağım qırılmışdı. Ona görə də serialın sonuna kimi, ancaq yataqda oldum.

Hələ ki, indi-indi gəzməyə başlamışam. Ona görə də üzərimə çətin bir iş götürmək istəmirəm. Təkliflər var, amma həm yaşıma, həm də yıxılmağıma görə özümə fikir verməliyəm”.

 

Yerli seriallarla bağlı səsləndirilən tənqidlərə gəlincə, Suğra Bağırzadə hər şeyin səviyyəsinin ona qoyulan sərmayədən asılı olduğunu bildirib:

 

“Pul önəmlidir. Sərmayənin yaxşı olması əsasdır. Film və seriallara istənilən və ya tələb olunan gəlir qoyulsa, hər şey yaxşı olacaq”. /Oxu.Az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...

Türkiyə viza müddətini 90 günədək uzatdı