POLİTOLOQ: "Bakı ilə Tehran arasında dialoq genişlənir"

15:30 04-12-2019 | icon 222 | Geopolitika
POLİTOLOQ: "Bakı ilə Tehran arasında dialoq genişlənir"

Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyaları İranda iqtisadi problemlər yaradıb. İranda benzinin qiymətləri qalxdı və əhalinin müəyyən hissəsi buna etiraz etdi. Küçə və meydanlarla polislə toqquşmalar oldu. Toqquşmalar zamanı ölən və yaralananlar oldu. Bütün çərinliklərə baxmayaraq, İran hakimiyyəti ölkədəki vəziyyəti sabitləşdirməyə çalışır. Etirazlar azalıb.

 

Bu barədə Versus.Az-a şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib:

 

"Bu arada, İran üçün müsbət xəbər Avropadan gəldi. Məlumdur ki, Amerika İranla müxtəlif ölkələrin ticarət əməkdaşlığını əngəlləmək üçün pul köçürmələrinə qadağa qoyumuşdu. Avropanın aparıcı ölkələri bu əngəli aşmaq üçün İranla anlternativ pul köçürməsi mexanizmini tətbiq etməyə başlayıblar. Azərbaycan da İranla iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda İranın rabitə naziri ilə görüşdü. İlham Əliyev bö görüşdən sonra baş nazirin müavini Şahin Mustafayevi İrana göndərdi. Şahin Mustafayev iqtisadiyyat naziri olanda İranla əməkdaşlığa cavabdeh idi. O hər il İrana səfər edir və ikitərəli əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edirdi. Şahin Mustafayev budəfəki səfərində də İran prezidenti Həsən Ruhani ilə görüşdü. Şahin Mustafayev İlham Əliyevin məktubunu Həsən Ruhaniyə təqdim edib. Həsən Ruhani görüşdə bildirib ki, sərhəddəki Xudafərin bəndi və elektrik stansiyasının tikintisi kimi müştərək layihələrin icrasını sürətləndirmək lazımdır. Bundan başqa Həsən Ruhani Rəşt-Astara dəmir yolunun tikintisi üçün də əldə olunan razılıq tez bir zamanda icra olunmasını istəyib. Tehran Azərbaycanla İranın Xəzər dənizində birgə neft kəşfiyyatı aparılmasına da hazırdır. Həsən Ruhani eyni zamanda üçtərəfli əməkdaşlıqdan da danışıb:

“Tehran, Bakı və Moskva arasında əlaqələrin daha çox inkişaf etdirilməsi həm iki ölkə və həm də üç ölkə arasında tranzit, enerji və elektrik sahəsində əlaqələri daha da artıra bilər”.

Azərbaycan geosiyasi çətinliklərə baxmayaraq, İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Bu, Azərbaycana həm də ona görə vacibdir ki, İran Ermənistanla deyil, Azərbaycanla ortaq layihələrin reallaşdırılmasına üstünlük versin".

 

Politoloq qeyd edib ki, Azərbaycanla İran arasında mövcud olan ticarət dövriyyəsi 2014-cü illə müqayisədə 3 dəfə artıb. İranın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayı ötən bir il ərzində 50 faiz artıb. Rəşt-Astara dəmiryolunun çəkilməsində müəyyən problemlər mövcuddur. Ancaq hər iki tərəf həmin yolun qısa zamanda çəkilməsinə çalışır:

 

"İlham Əliyevin Şahin Mustafayevi İrana göndərməkdə də məqsədi bu olub ki, iki ölkə arasında ortaq iqtisadi layihələrin reallaşmasına mane olan səbəblər aydınlaşdırılsın və yeni imkanlar öyrənilsin. Əgər Avropa dövlətləri Amerikanın Tehrana qarşı sanksiyalarına rəğmən, İran bazarından imtina etmirsə, biz qonşu olaraq bu bazardan niyə imtina etməliyik?"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq