"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

16:51 04-12-2019 | icon 288 | Siyasət
"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Əlisahib Hüseynov: "Seçkilərə qatılmaq istəyən müxaliflər isə ultimatumla danışmamalı, ön şərtlər irəli sürməməlidir"

 

"Növbədənkənar parlament seçkilərinə start verilməsi heç şübhəsiz ki, müxalifət düşərgəsində də hərəkətlənməyə, canlanmaya səbəb olub. Və görünən də budur ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların bir çoxu bu seçkilərdə iştirak etməyə meyllidir. Bu isə öz-özlüyündə çox təqdir olunası, bəyənilən haldır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, seçkiləri boykot etmək siyasi müdriklik nümunəsi sayıla bilməz:

 

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq. Ancaq seçkilərə qatılmaq istəyən müxaliflər də hakimiyyət və dövlətlə ultimatum dili ilə danışmamalı, ön şərtlər irəli sürməməlidir. Özünü "Milli Şura" adlandıran siyasi qurumun başbilənlərinin indidən "boykot" təhdidini dövriyyəyə buraxmaları hiyləgər siyasi şantaj taktikasından başqa bir şey deyil. Seçkilərə qədər iqtidarla müxalifət arasında dialoqun təşkili məsələsi də şərt kimi irəli sürülə bilməz".

 

Ə.Hüseynovun sözlərinə görə, müxalifət dialoq tərəfdarı olaraq çıxış etdiyi kimi, iqtidar da hər zaman dialoqa açıq olub və indiyə qədər bir neçə dəfə iqtidar-müxalifət dialoqları baş tutub. Partiya sədrinin fikrincə, zərurət yaranacağı təqdirdə heç şübhəsiz ki, iqtidar dialoq məsələsini yenə də gündəmə gətirə, gerçəkləşdirə bilər:

 

"Ancaq radikal müxalifətlə dialoq qurmaq, "dəyirmi masa" formatında bir araya gəlmək tamamilə səmərəsiz işdir. Bu cür tələblər onlara həm "suyu bulandırmaq", həm də öz siyasi varlıqlarını legitimləşdirmək üçün lazımdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...

Türkiyə viza müddətini 90 günədək uzatdı