Yaşı 65-dən yuxarı və ya I dərəcə əlil olan miqrantlar üçün...

17:54 04-12-2019 | icon 161 | Cəmiyyət
Yaşı 65-dən yuxarı və ya I dərəcə əlil olan miqrantlar üçün...

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişiklik edib.

 

Versus.Az xəbər verir ki, dəyişiklik dekabrın 3-dən qüvvəyə minib.

 

Beləliklə, indiyə qədər 18 yaşına çatmamış əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə keçirilib.

 

Dəyişikliyə əsasən, bundan sonra yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər də istisna olacaq. Yəni yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibəə cəlb olunmayacaq.

 

İndiyə qədər Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s şifahi və ya yazılı qaydada məlumat verilib. Bundan sonra isə  Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumu haqqında” qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra şifahi və ya yazılı qaydada məlumat veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı