Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

18:29 04-12-2019 | icon 209 | İdman
Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Türkiyədə peşəkarlar arasında beynəlxalq kikboksinq turniri keçirilir. Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər TV8-də canlı yayımlanacaq.

 

Versus.Az xəbər verir ki, dekabrın 6-da Türkiyənin Tokat şəhərinin H.Akbaş İdman Salonunda kikboksinq üzrə 2002-ci il Dünya Kubokunun, 2006-cı ildə peşəkarlar arasında keçirilən beynəlxalq qızıl kəmərin, 2007-2008-ci illərdə peşəkarlar arasında keçirilən dünya çempionatlarında ikiqat qızıl kəmər sahibi, Türkiyənin kikboksinq üzrə millisinin məşqçisi Ersan Turanın təşkilatçılığı ilə peşəkarlar arasında beynəlxalq turnir keçiriləcək.



Bu barədə məlumatı “Ersan Turan” peşəkar kikboksinq klubunun üzvü Murad Mirzəbəyli verib.

Murad Mirzəbəylinin sözlərinə görə, turnirdə Azərbaycandan Yusif Məmmədov və Ceyhun Səfərov iştirak edəcək. Beynəlxalq turnirdə Türkiyəni Ahmet Kılıç, İlknur Kurt, Devrim Aydın, Deniz Işık, Sinan Cagala, Qırğızıstanı Bakjanulu Adilet, Özbəkistanı Camşid Tursunbayev, Rusiyanı Ramazan Parazinov, İranı Hüseyn Əlizadə, Böyük Britaniyanı isə Reon Vong təmsil edəcək.


Turnir Bakı vaxtı ilə saat 19:00-da Türkiyənin TV8 kanalı ilə canlı yayımlanacaq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı