Qaradağ rayonunda palçıq vulkanı püskürüb

11:55 22-04-2018 | icon 177 | Hadisə
Qaradağ rayonunda palçıq vulkanı püskürüb

Versus.Az Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, 22 aprel 2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 08:00-də, ikinci isə saat 10:00-da radələrində qeydə alınıb. Hazırda proses davam edir.

 

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq müşahidələr həyata keçirilir.

 

Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS