"İqtidar anti-terror əməliyyatına indi başlasa..."

11:48 23-04-2018 | icon 132 | Siyasət
"İqtidar anti-terror əməliyyatına indi başlasa..."

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

ALDP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət və təşkilatı məsələlər müzakirə olunub.

ALDP sədri bildirib ki, biz öz torpaqlarımızı hakimiyyətdə parçalanma, qarşıdurma olanda itirmişik:

 

"On gündür ki, Ermənistanda mitinqlər keçirilir və etirazçıların sayı durmadan artır. Hesab edirəm ki, işğalda olan torpaqlarımızın azad olunması üçün çox yaxşı bir məqamdır. İqtidar anti-terror əməliyyatına indi başlasa, mayın 9-nu Şuşanın işğal günü yox, Qarabağın azad olunması günü kimi qeyd edə bilərik”.

 

Fuad Əliyev onu da vurğulayıb ki, bu gün Ermənistanda hakimiyyət xalqa keçib. Baxmayaraq ki, Sarkisyan hakimiyyəti əlində saxlamağa çalışır. Amma insanlar onun hakimiyyətinə qarşı çıxıb:

 

"Qarabağ klanı Ermənistanda hakimiyyətin dəyişdirilməsinə cəhd göstərir. Sarkisyan Qarabağdakı hərbi texnikasını İrəvana çəkərək xalqa qarşı güc tətbiq edir. Mənə elə gəlir ki, xalq-hakimiyyət qarşıdurmasından və Ermənistandakı daxili böhrandan istifadə etməyin vaxtıdır".

 

Daha sonra bəzi təşkilatı məsələlər müzakirə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi