Bayıldakı sürüşmənin qarşısı alınacaq

12:00 23-04-2018 | icon 107 | İqtisadiyyat
Bayıldakı sürüşmənin qarşısı alınacaq

Nazirlik bunun üçün TƏKLİFLƏR hazırlayacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatını və ərazinin möhkəmləndirilməsi ilə bağlı hazırladığı təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim edəcək.

 

Versus.Az xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri görülür:

 

“Tədqiqatların aparılması üçün bir quyudan nümunənin götürülməsi kifayət etmir. Buna görə də ərazidə bir necə quyu qayılacaq. Quyulardan götürüləcək süxur nümunələri müqayisə edilməlidir".

 

R.Həsənov əlavə edib ki, Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesinin dinamikasında aktivləşmə qeydə alınmasa da, ərazidə geoloji baxımdan gərginlik qalmaqdadır. Onun sözlərinə görə, Bayıl yamacındakı sürüşmənin qarşısının alınması üçün yamacın aşağı hissəsində istinad divarının tikilməsi, yamacın yuxarı hissələrində suvarmadan məhdudiyyətlə istifadə edilməsi, yağış sularının müəyyən qədər istiqamətləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir.

 

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."